Sidneydə Azərbaycanın qəhrəman şəhidləri yad edildi

Sidneydə Azərbaycanın qəhrəman şəhidləri yad edildi
  27 İyul 2020    Oxunub:3105
Azərbaycan-Avstraliya Turk Dərnəyinin sədri Imaməddin Qasimovun verdiyi məlumata görə Sidney şəhərində yerləşən türk məscidinin önündə Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətməsi ilə bağlı etiraz aksiyası keçirilib.
Azvision.az -ın məlumatına görə, Azərbaycan-Avstraliya Turk Dərnəyinin sədri Imaməddin Qasimovun təşkilatçılığı ilə baş tutan aksiya zamanı məscidin önündə Azərbaycan və Avstraliya bayraqları dalğalandırılıb, Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkilləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasına dair məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib.

İki saatadək davam edən tədbir zamanı cümə namazına gələn yüzlərlə şəxsə Ermənistanın işğalçılıq siyasəti və hərbi təxribatları ilə bağlı ətraflı məlumatlar verilib. Onlar müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətini şiddətlə qınadıqlarını bildiriblər.

Türkiyənin Sidneydəki Baş konsulunun müavini Bilal Aksoyun iştirak etdiyi cümə namazında şəhidlərimizin ruhuna dualar oxunub.

Azvision.az


Teqlər: Sidney  





Xəbər lenti