Tovuzda iki nəfər Kürdə batıb

Tovuzda iki nəfər Kürdə batıb
  16 İyun 2020    Oxunub:3340
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Tovuz   Kür  





Xəbər lenti