Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 10-da saat 12 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində Mehirli kənd sakini Fərman Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.