Ceyranbatan su anbarının ərazisi yanır

Ceyranbatan su anbarının ərazisi yanır
  11 İyun 2020    Oxunub:2907
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti