Salyanda maşın kanala aşıb, 2 nəfər ölüb

   Salyanda maşın kanala aşıb,    2 nəfər ölüb
  10 İyun 2020    Oxunub:3737
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonunun Sarvan kəndində “Moskviç” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.

Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb.

Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: Maşın   Kanal   Aşıb   FHN  





Xəbər lenti