Naxçıvanda avtobuslar dezinfeksiya edilir - FOTOLAR

Naxçıvanda avtobuslar dezinfeksiya edilir -    FOTOLAR
  10 İyun 2020    Oxunub:3100
Naxçıvan şəhər əhalisinin daha sıx və gündəlik həyatında istifadə etdiyi sərnişindaşıma vasitələrinin sanitar gigiyenik qaydalara uyğun istifadə olunması diqqətdə saxlanılır.
Azvision.az -ın məlumatına görə, tibbi profilaktika tədbirlərinin mütəmadi aparıldığı yerlərdən biri də ictimai nəqliyyat vasitələridir. Gündəlik olaraq sərnişin daşımalarında fəaliyyət göstərən avtobuslarda daha çox təmas olunan yerlər, həmçinin nəqliyyat vasitələrinin saxlandığı parklar xüsusi məhlullar vasitəsilə vaxtaşırı dezinfeksiya olunur.



İctimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər üçün avtobuslarda xüsüsi məhlullar doldurulmuş dezinfeksiyaedici avadanlıqlar quraşdırılıb. Vətəndaşlar avtobusa minərkən və nəqliyyat vasitəsini tərk edərkən əllərini bu məhlulla dezinfeksiya edə bilərlər.

Qeyd edək ki, dezinfeksiya işlərinin aparılmasında əsas məqsəd ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin sağlamlığını qorumaqdır.





Azvision.az


Teqlər: Naxçıvan   Avtobus  





Xəbər lenti