Gülər Əhmədova bayramı tək keçirib

Gülər Əhmədova bayramı tək keçirib
  02 Yanvar 2014    Oxunub:1310
Barəsində 3 il azadlıqdan məhrum etmə hökmü verilən, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Gülər Əhmədova bayramı tək keçirib. AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov məlumat verib. Onun sözlərinə görə, bayram günü ailəsi ona yalnız bayram sovqatı apara bilib, görüşə icazə verilməyib. Xatırladaq ki, bu, G. Əhmədovanın türmədə keçirdiyi ilk yeni il bayramıdır. Ailəsi və yaxınları ümid edir ki, bu, son olacaq və sabiq deputat tezliklə azadlığa buraxılacaq.

Vəkil özü də yanvarın 1-də və 2-də G.Əhmədova ilə görüşmək istəsə də, ona imkan verilməyib. Buna əsas kimi bayram günləri təcridxanadakı xüsusi hissənin işləməməsi göstərilib.


Teqlər:





Xəbər lenti