Mingəçevir REŞ-də təmir işləri bitib

Mingəçevir REŞ-də təmir işləri bitib
  30 Dekabr 2013    Oxunub:1308
İstehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur.
“Mingəçevir” Regional Elektrik Şəbəkəsi (REŞ) Müəssisəsində də istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə yarımstansiyalarda və ötürücü qurğularda təmir işləri yerinə yetirilib.

“Azərenerji” ASC-dən AzərTAc-a bildiriblər ki, cari ilin son üç ayında müvafiq tədbirlər REŞ-in fəaliyyət dairəsinə daxil olan “Ucar” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində də aparılıb.

Müəssisənin xidməti ərazisində ötən 11 ayda 310-dan artıq qayda pozuntusu faktı aşkar olunub, itirilən elektrik enerjisinin 68,4 min manatdan artıq istehlak dəyəri bərpa edilib.

Bu dövrdə müəssisə üzrə ümumi istehlak 64,8 milyon kilovat-saata yaxın olmuşdur. Daimi əhali istehlakçı qrupunda isə istehlak 28,6 milyon kilovat-saata yaxın olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə artım təxminən 9 faiz qeydə alınıb.


Teqlər:





Xəbər lenti