İşəgötürənlər üçün maarifləndirmə tədbirləri keçirilib

İşəgötürənlər üçün maarifləndirmə tədbirləri keçirilib
  23 Noyabr 2019    Oxunub:2181
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün növbəti maarifləndirmə tədbirlərini Şəmkir və Qax rayonlarında keçirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hər iki tədbir “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları və qaydaları” mövzusunda olub.

Tədbirlərdə nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi, işəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə geniş məlumat verilib.

Qeyd edilib ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra yaranır. Əvvəlcə işçi ilə işəgötürən arasında yazılı əmək müqaviləsi bağlanır, müqavilə bildiriş formasında elektron sistemdə qeydiyyata alındıqdan sonra işçi işə başlaya bilər.

Qeyri-leqal məşğulluq hallarının vergi və sosial sığorta ödmələrinin həyata keçirilməsinə, işçilərin əmək və sosial hüquqlarının təminatına ciddi maneə olduğu da vurğulanıb. Belə halların aradan qaldırlmasında birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Ayrı-ayrı işəgötürənlərin nümayəndələri bu cür maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətli olduğunu bildiriblər. Tədbirlərin sonunda iştirakçıların əmək qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti