İşçi qrupunun hesabatı müzakirə edildi

İşçi qrupunun hesabatı müzakirə edildi
  23 Noyabr 2019    Oxunub:2148
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclasında işçi qrupunun bu il üçün Fəaliyyət Planının 4-cü rüb üzrə icrasına dair hesabatı müzakirə edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda Fəaliyyət Planının “8.01. Təzminat xərcləri, həftəlik maaşla”, “8.08. Daxili əmək bazarının çevikliyi”, “8.11. İşçi qüvvəsində qadınların iştirak səviyyəsi” bəndləri ilə bağlı işçi qrupun üzvləri tərəfindən təqdim olunan təkliflər nəzərdən keçirilib.

Əmək bazarının tələblərinə uyğun peşə hazırlığı üzrə təhsil proqramlarının keyfiyyətinin və çevikliyinin artırılması, ixtisas təsnifatının mütəmadi olaraq yenilənməsi, inkluziv məşğulluğun inkişaf etdirilməsi və s. təkliflərin hazırlanması məsələləri müzakirə edilib.

Həmçinin işçi qrupun üzvləri məşğulluq xidmətlərinin avtomatlaşdırılması, məşğul əhali haqqında reyestrin və vahid “vakansiya bankı”nın istifadəyə verilməsi ilə bağlı məlumatlandırılıb.

İşçi qrupu tərəfindən yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi üçün təkliflər verilib, gələcək işlər barədə müzakirələr aparılıb.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti