Mexanizatorlara yeni sürücülük vəsiqələri verilib

Mexanizatorlara yeni sürücülük vəsiqələri verilib
  22 Noyabr 2019    Oxunub:1722
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Füzuli rayonun Zobucuq-5 qəsəbəsi və ətraf kəndlərdə kənd təsərrüfatı texnikalarına baxış, texnikaların qeydiyyata alınması, yeni sürücülük vəsiqələrinin, dublikat sənədlərinin verilməsi və dəyişdirilməsi məqsədilə hüququ və fiziki şəxslərə səyyar xidmət göstərib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə Füzuli rayonun qəsəbə və sərhəd kəndlərində 80-dən artıq hüquqi və fiziki şəxslər tərəfindən müraciətlərə baxılıb, 50-dən çox mexanizatora sürücülük vəsiqələri təqdim olunub, 20-dən artıq texnika qeydiyyata alınıb, 25 texnika baxışdan keçirilib.

Həmçinin, tədbir çərçivəsində iştirakçılar qəsəbə orta məktəbin həyətyanı sahəsində Eldar şamı, sərv və meyvə ağacları əkiblər.

Qeyd edək ki, AXA-nın səyyar qrupu digər bölgələrdə də bu istiqamətdə tədbirləri davam etdirəcək.

Azvision.az


Teqlər: KTN  





Xəbər lenti