“Azərenerji” payız-qış mövsümünə keçib

  22 Noyabr 2019    Oxunub : 1523
“Azərenerji” payız-qış mövsümünə keçib
2019–2020-ci il payız-qış mövsümünə hazırlıqla bağlı Azərenerji” ASC-nin müəssisələri üzrə ayrı-ayrılıqda görüləcək konkret işləri müəyyənləşdirilərərək bütün zəruri tədbirlər görülüb.
ASC-dən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə noyabrın 14-də payız-qış mövsümünə hazırlıq işlərinin tərkib hissəsi kimi elektrik stansiyaları və yarımstansiyaların əməliyyat heyəti cəlb edilməklə əks-qəza məşqi keçirilib.

Enerji müəssisələrinin əməliyyat heyəti şərti qəzanın aradan qaldırılmasına normativ vaxt çərçivəsində nail olub. Əks-qəza məşqlərinin nəticələri təhlil olunarkən uğurlarla yanaşı, buraxılan səhvlər də diqqətdən kənarda qalmayıb, onların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Ümumulikdə sistem üzrə əks-qəza məşqi, əməliyyat heyətlərinin hərəkətləri qənaətbəxş hesab olunub.

2019–2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdıqdan sonra noyabrın 19-da mərkəzi komissiya və yerli komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda il ərzində görülmüş işlərə qiymət verilib.

Ümumilikdə nəzərdə tutulmuş 897 tədbirdən 807-nin icra olunduğu qeyd olunub, obyektiv səbəblər üzündən icrası mümkün olmayan tədbirlərin ilin sonunadək yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib. Qiymətləndirmə yekunlaşdıqdan sonra bütün enerji müəssisələrinə payız-qış mövsümünə hazırlıq barəsində pasportlar təqdim olunub.

Azvision.az

Teqlər: Azərişıq