Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
  21 Noyabr 2019    Oxunub:2821
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar geriləyərək 62,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,90 dollar bahalaşaraq 57,11 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,22 ABŞ dolları və yaxud 1,84% artaraq 67,54 dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti