Sahil Babayev fransalı səfirlə görüşüb
S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar proqramı nəticəsində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişaf tempinə malik olduğunu vurğulayıb. O, Azərbaycanda sosial sahədə əldə olunan uğurlar, DOST layihəsi barədə səfirə məlumat verib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində innovativ həllərin tətbiqi əsasında aparılan islahatları qeyd edib.
Nazir iki ölkənin əlaqələrinin daim inkişaf edərək genişləndiyini deyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında aidiyyəti istiqamətlərdə, həmçinin qeyri-formal məşğulluğun aradan qaldırılması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkili, sosial təminat sistemində idarəçiliyin təkmilləşdirilməsi, reabilitasiya və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin məqsədyönlü ola biləcəyini vurğulayıb.
Z.Qros əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin, fəal təcrübə mübadilələri aparılmasının önəmini qeyd edib. O bu sahədə onun tərəfindən müvafiq səylərin göstəriləcəyini bildirib.
Azvision.az