Bu il idxal və ixrac edilən məhsullar - Statistika
Təzə tərəvəz ixracı isə 3 faiz, kartof 7,2 faiz, bitki yağları 17,2 faiz, meyvə və tərəvəz konservləri 0,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 18,7 faiz, qara metallardan yarımfabrikatlar 3,6 faiz, qara metallardan borular 81,9 faiz azalıb.
Keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayında buğda idxalı 34,2 faiz, xam şəkər və şəkər 39,9 faiz, təzə meyvə 2,7 faiz, bitki yağları 6 faiz, kərə yağı, digər süd yağları və pastaları 13 faiz, çay 2,5 faiz, quş əti və onun əlavə məhsulları 9,6 faiz, kartof 23,9 faiz, mal əti 13,2 faiz, təzə tərəvəz 36,3 faiz, minik avtomobilləri 1,9 dəfə, polad prokatı 25,6 faiz, mineral gübrələr 47,6 faiz, hesablama maşınları, blok və qurğuları 35,5 faiz, rezin şinlər 12,7 faiz, mebellər 9,6 faiz, avtobuslar 3,4 dəfə, məişət kondisionerləri 1,6 dəfə, polietilen 27,8 faiz, yük avtomobilləri 3,7 dəfə, paltaryuyan maşınlar 9,3 faiz, qara metallardan künclüklər 13,2 faiz artıb.
Siqaret idxalı isə 49,1 faiz, qara metallardan borular 13,6 faiz, qara metallardan çubuqlar 20 faiz, sement və sement klinkerləri 17,8 faiz, məişət soyuducuları 17,1 faiz azalıb.
Azvision.az