“Nar” beynəlxalq müsabiqədə qalib oldu
“Müştəriyönümlu mobil operator olaraq KSM strategiyamızın təməlində cəmiyyət üçün dəyər yaratmaq və sözün həqiqi mənasında faydalı olmaqla insanların həyatında müsbət dəyişikliklərə səbəb olmaq dayanır. “Təlim Məktəbi” layihəsi ilə biz fiziki məhdudiyyətli insanların peşəyə yiyələnməsinə və cəmiyyətə inteqrasiyasına öz töhfəmizi veririk. Şadam ki, bu layihə öz missiyasını uğurla yerinə yetirdi və ilk dəfə olaraq Azərbaycanı təmsil edən bir şirkət bu nüfuzlu platformada yüksək qiymətləndirildi”, - deyə mükafatlandırma mərasimində çıxış edən “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.
Müsabiqə yüksək standartlara, innovativ yanaşmaya, planlaşdırma və həyata keçirilmə keyfiyyətinə görə ən yaxşı kommunikasiya layihələrini dəyərləndirir. Bu il Rusiya, MDB, Şərqi Avropa və Mərkəzi Asiyadan 13 ölkəni təmsil edən dövlət və ictimai təşkilatlar, eləcə də özəl şirkətlərin ictimaiyyyətlə əlaqələr sahəsində layihələri yarışıb. Qeyd edək ki, bütün layihələr müsabiqənin Ekspertlər Şurası tərəfindən qiymətləndirilir. Burada iri beynəlxalq şirkətlərdən, nüfuzlu universitetlərdən və dövlət qurumlarının PR şöbələrindən peşəkar mütəxəssislər təmsil olunur.
Bildirək ki, bu, “Nar”ın davamlı olaraq inkişaf etdirdiyi KSM strategiyasının ilk uğuru deyil. Belə ki, 2014-cü ildə Fransada keçirilmiş ənənəvi “Cannes Lions” festivalında “Nar Donor” layihəsi “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görülmüşdü.
Azvision.az
Teqlər: Nar