KOBİA-dan
Azvision.az -a verilən məlumata görə, müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və KOBİA-nın nümayəndələrinin iştirakı ilə keçiriləcək Forumda sahibkarların maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı ictimai müzakirələr aparılacaqdır.
Tədbir çərçivəsində həmçinin, müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi xidmətlərin sərgisi təşkil olunacaqdır.
Azvision.az