Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

  12 Noyabr 2019    Oxunub : 779
Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Noyabrın 13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində BƏƏ nümayəndə heyətinin Azərbaycanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

Azvision.az

Teqlər: BƏƏ