Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu

  07 Noyabr 2019    Oxunub : 683
Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu
Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən “Nar”, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün Göyçayda keçiriləcək Nar Festivalında iştirak imkanı təqdim edən müsabiqəni yekunlaşdırıb.
Mobil operatorun rəsmi Facebook və İnstagram səhifələrində keçirilmiş müsabiqə sosial media istifadəçilərinin böyük marağına səbəb olub. Qeyd edək ki, verilmiş məntiqi tapşırığı 275 nəfər düzgün cavablandırıb. Təsadüfi seçim yolu ilə seçilən 10 nəfər isə “Nar” əməkdaşları ilə birgə noyabrın 9-da Göyçayda keçiriləcək Nar Festivalında iştirak edəcək.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən, eyni zamanda sosial media səhifələrindən əldə etmək mümkündür.

Azvision.az


Teqlər: Nar