“Azeri Light”ın qiyməti 68 dolları ötüb

  06 Noyabr 2019    Oxunub : 622
“Azeri Light”ın qiyməti 68 dolları ötüb
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar ucuzlaşaraq 62,60 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,30 dollar azalaraq 56,93 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 68,04 dollar olub.

Azvision.az

Teqlər: Neft