“Kölgə iqtisadiyyatı ilə mübarizədə uğurlar qazanılıb” - DGK sədri

 “Kölgə iqtisadiyyatı ilə mübarizədə uğurlar qazanılıb” -  DGK sədri
  05 Noyabr 2019    Oxunub:2216
Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm uğurlara nail olunub.

Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb: "Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq. 2020-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır".

Azvision.az


Teqlər: Gömrük   Sədr   SəfərMehdiyev  





Xəbər lenti