Neft Fondunun 9 aylıq gəlir və xərcləri

Neft Fondunun 9 aylıq gəlir və xərcləri
  26 Oktyabr 2019    Oxunub:1990
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 milyard 715,2 milyon manat, büdcə xərcləri isə 7 milyard 680,4 milyon manat təşkil edib.
Azvision.az xəbər verir ki, 9 ayda ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 74,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 290,4 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat olub.

Hesabat dövründə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 640,3 milyon manat təşkil edib.

9 ayda ARDNF-in 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 milyard 536 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 milyon manat vəsait ayrılıb. Yanvar-sentyabr aylarında fondun idarə edilməsi ilə bağlı xərcləri 18 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 219,8 milyon manat təşkil edib.

Sentyabrın 30-na Neft Fondunun aktivləri cari ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 10,4 faiz artaraq 42 milyard 524,4 milyon dollara bərabər olub.

Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər hesabına baş verib. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6 faiz), bu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2 faiz təşkil edib.

Azvision.az


Teqlər: ARDNF   Gəlir   Xərc   Manat   Vəsait   Statistika  





Xəbər lenti