Baş bankir: “Manatın ucuzlaşması mümkün deyil”

  Baş bankir:  “Manatın ucuzlaşması mümkün deyil”
  25 Oktyabr 2019    Oxunub:3000
"Bu gün nə manatın məzənnəsinin möhkəmlənməsi, nə də ucuzlaşması milli iqtisadiyyat üçün yararlı deyil, zərərli ola bilər".

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, manatın möhkəmlənməsi yaranmaqda olan ixrac potensialı və bu istiqamətdə qoyulmuş investisiyalar üçün zərərli ola bilər.

"Manatın ucuzlaşması da mümkün deyil. Çünki bazarda 1 milyard dollar profisit var. İlin sonuna qədər bu vəsaitləri reallaşdırmalıyıq ki, büdcə öz öhdəliklərini yerinə yetirə bilsin".

E.Rüstəmov qeyd edib ki, cari ildə manatın məzənnəsinə təsir edəcək fundamental amil yoxdur: "Aşağı inflyasiya proqnozları onu göstərir ki, gələn ilə nikbinliklə baxaq. Gələn il də manatın məzənnəsini idarə edə biləcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Manat   Dollar   Bank   Pul  





Xəbər lenti