​“BakuBuild 2019”dan FOTOREPORTAJ

 ​“BakuBuild 2019”dan  FOTOREPORTAJ
  24 Oktyabr 2019    Oxunub:2455
Bakı Ekspo Mərkəzində “BakuBuild 2019” sərgisi keçirilir.

Azvision.az xəbər verir ki, 1995-ci ildə təsis edilmiş sərgi 25 illik fəaliyyəti ərzində dünyanın 35-dən artıq ölkəsini təmsil edən 5000-dən çox şirkəti bir araya gətirib.
Sərgidə işgüzar əlaqələr qurulur, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar nümayiş etdirilir.

“BakuBuild” sərgisi öz yubileyində Avropa, Asiya və MDB ölkələrini təmsil edən 200-dən çox şirkəti bir araya gətirməklə, iştirakçıların beynəlxalq əlaqələrini daha da gücləndirmək niyyətindədir.

Sərgidə Almaniya, BƏƏ, İran, İtaliya və digər ölkələrin milli qrupları iştirak edirlər. Türkiyə ilk dəfə olaraq sərgidə milli qrupla çıxış edir. Rusiya isə öz regional stendləri (Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk, Tümen, Vladimir vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya, Şimali Osetiya-Alaniya) ilə təmsil olunur.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.



































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Sərgi   Sənaye  





Xəbər lenti