Azərbaycanda enerji təchizatı 100 faizə çatdırılıb
Büdcə zərfinə əsasən, 2018-ci ildə “Azərişıq” ASC tərəfindən istehlakçılara 16 milyard 954 milyon kilovat/saat elektrik enerjisi satılıb ki, onun da 6 milyard 683 milyon kilovat/saat (ümumi istehlakçıların 39,4 faizini təşkil edib) əhali qrupuna aiddir.
Bundan əlavə, cari ilin birinci yarısında 8 milyard 559,8 milyon kilovat/saat elektrik enerjisi satılıb, onun da 3 milyard 478,7 milyon kilovat/saatı (40,6 faizi) əhali qrupunun payına düşür.
Həmçinin elektrik enerjisi ilə təmin olunan abunəçilərin sayı 2017-ci illə müqayisədə 59 min 308 vahid artaraq ötən ilin sonuna 2 milyon 613 min 813 vahid, bu il iyulun 1-nə isə 2 milyon 645 min 72 vahid təşkil edib.
Azvision.az