9 ayda 90 min yeni əmək müqaviləsi bağlanıb

  23 Oktyabr 2019    Oxunub : 847
9 ayda 90 min yeni əmək müqaviləsi bağlanıb
“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflaşdırılması xüsusi yer tutur.
Vergilər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi bu sahədə iş yerlərinin və əmək gəlirlərinin şəffaflaşmasına şərait yaradıb.

Cari ilin 9 ayı ərzində qeyri-dövlət bölməsində 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4 faizini təşkil edir.

"Bu şəraitdə sosial sığorta haqları üzrə daxilolmalar 20,6 faiz artıb, proqnoz 107,2 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,9 faiz artıb, proqnoz 108,7 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 40,3 faiz artıb, proqnoz 107,3 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 44,8 faiz artıb, proqnoz isə 110,4 faiz icra edilib", - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Vergi