Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, nazirliyin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa İttifaqının təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara e-ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında master-klas keçirilib. Məqsəd e-ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək, onları maarifləndirməkdir.
Təlimçi heyətinə biznes analitikası üzrə mütəxəssislər – Kəramət Hacıyev, Rəşad İbrahimov, Vüqar Cəfərov, kibertəhlükəsizlik, vergi və hüquq üzrə mütəxəssis Fərid İsayev daxildir.
Azvision.az