Bakı Limanı Aktau və Kurık limanları ilə anlaşdı

  22 Oktyabr 2019    Oxunub : 847
Bakı Limanı Aktau və Kurık limanları ilə anlaşdı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Aktau Limanı və eyni zamanda Bakı Limanı ilə Kurık Limanı arasında bilet satışlarının vahid onlayn rejimi üzərində aparılmasına dair anlaşma memorandumu imzalanıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Azvision.az -a verilən məlumata görə, sənədlər Gürcüstanın Tiflis şəhərində keçirilən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Konsorsiumuna üzv şirkətlərin növbəti toplantısı çərçivəsində imzalanıb.

Azvision.az

Teqlər: Liman