“Kənddən Şəhərə” ilə əməkdaşlıq edənlərin sayı artır - FOTOLAR

“Kənddən Şəhərə” ilə əməkdaşlıq edənlərin sayı artır -    FOTOLAR
  22 Oktyabr 2019    Oxunub:2340
“Kənddən Şəhərə” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ATT) tərəfindən yaradılan və həyata keçirilən layihədir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, layihənin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, yerli qida və kənd təsərrüfatı məhsulları istehsalçılarını dəstəkləmək və paytaxt sakinlərinin təbii məhsullara olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir.



Hal-hazırda Bakı şəhərində “Kənddən Şəhərə” adı altında iki satış məntəqəsi fəaliyyət göstərir. Səbail rayonunda olan satış məntəqəsi Nizami küçəsi 154B, Əhmədli qəsəbəsində olan satış məntəqəsi isə Məhəmməd Hadi küçəsi 23/24 ünvanında yerləşir. Bu satış mərkəzlərində tamamilə yerli istehsal kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçirilir. Burada satılan kənd təsərrüfatı məhsulları birbaşa yerli fermerlərdən tədarük edilir.



Cari ilin 9 ayı ərzində ATT “Kənddən Şəhərə” layihəsi çərçivəsində respublikanın müxtəlif regionlarından olan 324 fermerlə əməkdaşlıq edib və bu say günü-gündən artmaqdadır. Fermerlərlə edilən əməkdaşlıq çərçivəsində onların yetişdirdikləri 56 adda və 71 növdə, ümumi çəkisi 1557 ton olan kənd təsərrüfatı məhsulu “Kənddən Şəhərə” satış mərkəzlərində paytaxt sakinlərinə təqdim olunub.



Həmçinin, satış mərkəzlərində “Kənddən Şəhərə” adı altında qablaşdırılan qida məhsullarının satışı da həyata keçirilir. İstehlakçılar “Kənddən Şəhərə” adı altında qablaşdırılmış məhsulları eyni adlı satış mərkəzi ilə yanaşı, paytaxtda fəaliyyət göstərən market şəbəkələrindən də əldə bilərlər.



Fermerlərə göstərilən bu dəstək ölkəmizdə kiçik və orta fermer təsərrüfatlarını daha da inkişaf etdirilməsi, həmçinin regionlarda yaşayan əhalinin sosial rifahının artırılması məqsədi daşıyır. Qeyd edək ki, satış mərkəzləri yalnız fermerlər üçün deyil, eləcə də paytaxt sakinləri üçün də əlverişlidir. Belə ki, burada satılan məhsulların qiymətləri digər bazar və mağazalarda olan qiymətlərlə müqayisədə daha münasibdir. İnsanların təbii və yerli məhsullara daha çox üstünlük verməsi də “Kənddən Şəhərə” satış mərkəzlərinə marağın artmasına gətirib çıxarır.



Xatırladaq ki, “Kənddən Şəhərə” mağazalarından olayn şəkildə alış-veriş etmək də mümkündür. Belə ki, paytaxt sakinlərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə ATT tərəfindən https://azvision.az/redirect.php?url=http://kendden.az/ saytı istifadəyə verilib. Vətəndaşlar sayta daxil olmaqla və ya +994504009977 telefon nömrəsinə zəng etməklə ünvanlarını tərk etmədən istədikləri yerli qida və kənd təsərrüfatı məhsullarını əldə edə bilərlər.



Qeyd edək ki, satış mərkəzlərindən əlavə olaraq mütəmadi olaraq paytaxtın müxtəlif nöqtələrində həftəsonu “Kənddən Şəhərə” yarmarkaları da təşkil olunur. Binəqədi və Yasamal rayonlarında keçirilməsi artıq ənənə halını almış bu yarmarkalarda fermerlər yetişdirdikləri məhsulları alıcılara birbaşa satmaq imkanı əldə edirlər.



Azvision.az


Teqlər: KTN  





Xəbər lenti