ARDNF Milandakı daşınmaz əmlakını satıb
Binanın satışı ilə əlaqədar ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov bildirib: “Ümumilikdə biz bu daşınmaz əmlakın satışını uğurlu hesab edirik. Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-nin daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da öz növbəsində daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da şaxələndirilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır”.
Azvision.az