Neft Fondu büdcəyə transferi azaldacaq

  18 Oktyabr 2019    Oxunub : 901
Neft Fondu büdcəyə transferi azaldacaq
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ildə büdcə gəlirləri 12 384,1 milyon manat səviyyəsində olacaq.
Azvision.az xəbər verir ki, bu barədə 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində qeyd olunub.

Layihəyə əsasən, ARDNF-ın 2020-ci il büdcəsinin xərcləri 11 560 mln. manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 mln. manat azdır.

Bundan əlavə, Fonddan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 350 mln. manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 mln. manat və ya 0,1% azdır.

Azvision.az

Teqlər: ARDNF