Orduya ayrılan vəsait 20%-dən çox artırılır

 Orduya ayrılan vəsait 20%-dən çox artırılır
  18 Oktyabr 2019    Oxunub:3373
Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2020-ci ilin dövlət büdcəsi xərclərinin 21,6 faizi həcmində və ya 5826,7 milyon manat vəsait nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində qeyd olunub.

Layihəyə əsasən, bu istiqamətə ayrılan vəsait 2019-cu ilə nisbətən 1070,7 milyon manat və ya 22,5 faiz çoxdur. Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 3853,6 milyon manatı və ya 66,1 faizi (2019-cu ilə nisbətən 666,0 milyon manat və ya 20,9 faiz çox) müdafiə va milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1973,1 milyon manat və ya 33,9 faiz (2019-cu ilə nisbətən 404,8 milyon manat və ya 25,8 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək.

Bundan əlavə, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyasının məbləğinin 2019-cu ildə orta hesabla 2,5 dəfə artırılması da nəzərə alınmaqla, bu məqsədlə 2020-ci ilin dövlət büdcasinda 67,8 milyon manat vəsait nəzarda tutulub.

Gələn il üçün aztəminatlı əhaliyə dövlət hesabına hayata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlat büdcəsinda 5,5 milyon manat vəsait proqnozlaşdırılıb.

2020-ci ilin dövlət büdcəsinin müdafiə va milli təhlükəsizlik, məhkəma hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmalarindan maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 320,1 milyon manat taşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisede 59,9 milyon manat və ya 23,0 faiz çoxdur.

Azvision.az


Teqlər: Büdcə   Ordu   Vəsait  





Xəbər lenti