Elm, təhsil və səhiyyəyə ayrılacaq vəsait açıqlandı
Məlumata əsasən, icmal büdcəsinin kəsiri 1 955,1 milyon manat təşkil etməlidir ki, bu da gələn il ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3%-i qədərdir.
Bundan əlavə, 2020-ci ilin dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 2127,6 milyon manat və ya 33,9 faiz çoxdur.
Belə ki, həmin sahələr üzrə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,2 faiz, ÜDM-ə nisbətən 10,1 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 6,3 faiz-bənd və 2,2 faiz-bənd çoxdur.
Sənədlərə əsasən, 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1929,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 911,6 milyon manat və ya 1,9 dəfə çoxdur.
Azvision.az