Bu il Azərbaycan ən çox İtaliyaya məhsul göndərib

Bu il Azərbaycan ən çox İtaliyaya məhsul göndərib
  17 Oktyabr 2019    Oxunub:1940
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 9 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 239 milyon 896 min ABŞ dolları, Türkiyəyə 2 milyard 204 milyon 517 min dollar, İsrailə isə 1 milyard 67 milyon 679 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 514 milyon 350 min dollar, Türkiyə ilə 3 milyard 354 milyon 625 min dollar, Rusiya ilə isə 2 milyard 104 milyon 562 min dollar təşkil edib.

Azvision.az



Teqlər: İxrac   Gömrük   Statistika  





Xəbər lenti