Meliorasiya və Su Təsərrüfatına 790 min ayrılıb

   Meliorasiya və Su Təsərrüfatına 790 min ayrılıb
  17 Oktyabr 2019    Oxunub:1799
Prezident İlham Əliyev "Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) 790 min manat vəsait ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti