“İşsizin dostu” proqramına kimlər cəlb olunub?

“İşsizin dostu” proqramına kimlər cəlb olunub?
  14 Oktyabr 2019    Oxunub:2237
Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin əvvəlindən reallaşdırılan “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Azvision.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə də ictimai açıqlığın təmin edilməsi üçün yeni addım atıb: nazirlik “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısını öz rəsmi saytında təqdim edir. Belə ki, artıq LİNKƏ daxil olmaqla hər bir şəxs bu proqram iştirakçılarının siyahısı ilə tanış ola bilər. Siyahı rayon və şəhərlərin hər biri üzrə ayrı-ayrılıqda təqdim olunur.

İişsiz və işaxtaran şəxslər proqram çərçivəsində ödənişli ictimai işlərə (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s.)
nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cəlb edilirlər.

Onların hər biri ilə əmək müqaviləsi bağlanıb. Bu da onların sosial sığorta sisteminin iştirakçısına çevrilməsinə, gələcək pensiya təminatları üçün fərdi hesablarında pensiya kapitalı formalaşdırmalarına imkan verib.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti