9 ayda 182 471 sayğac yenisi ilə əvəzlənib

9 ayda  182 471 sayğac yenisi ilə əvəzlənib
  14 Oktyabr 2019    Oxunub:1822
“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edilməsi prosesini davam etdirir.
"Azəriqaz"dan Azvision.az -a verilən məlumata görə, bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib.

Bunun 90 846-sı istismar müddəti başa çatmış, 91 625-i digər səbəblərdən (müdaxilə, sərfiyyatı qeyd etməməsi və s.) əvəz edilmiş sayğaclardır.

Sentyabr ayı ərzində isə 24 154 sayğac yenisi ilə dəyişdirilib.

Azvision.az


Teqlər: Azəriqaz   Sayğac  





Xəbər lenti