2025-ci ilə DOST Mərkəzlərinin sayı 31-ə çatdırılacaq

2025-ci ilə DOST Mərkəzlərinin sayı 31-ə çatdırılacaq
  14 Oktyabr 2019    Oxunub:1762
“Yeniliyi ilə unikal olan DOST layihəsi vahid elektron platformada 132-dən çox sosial xidmətin göstərilməsində tam şəffaflıq, çeviklik, operativlik və rahatlığı təmin edir”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, 9 may 2019-cu ildə ilk DOST Mərkəzinin açılışı olub.

“5 ayda müraciət edənlərin sayı 40 mindən çox olub, sorğular nəticəsində isə DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyi müəyyən edilib. Bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DOST  





Xəbər lenti