“Qalatasaray” fransalı futbolçunu transfer etdi

  17 Avqust 2019    Oxunub : 683
“Qalatasaray” fransalı futbolçunu transfer etdi
Türkiyənin "Qalatasaray" klubu "Roma"nın yarımmüdafiəçisi Stiven Nzonzini bir illik icarəyə götürüb.
Azvision.az xəbər verir ki, müqaviləyə əsasən fransalı futbolçunun illik maaşı üç milyon avro təşkil edəcək.

Bundan əlavə, "Qalatasaray" mövsümün sonunda 16 milyon avro ödəyərək 30 yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.

Qeyd edək ki, Stiven Nzonzi ötən mövsüm İtaliyanın “Roma” klubunda keçirdiyi 39 oyunda bir qol vurub, iki məhsuldar ötürmə edib.

Azvision.az

Teqlər: “Qalatasaray”   Futbolçu   Transfer