Test tapşırıqlarının izahı açıqlanıb

  09 İyul 2019    Oxunub : 844
Test tapşırıqlarının izahı açıqlanıb
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərsiniz.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində > "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/ejurnal/).

Azvision.az

Teqlər: DİM