İmtahan nəticələri açıqlandı

 İmtahan nəticələri açıqlandı
  01 İyul 2019    Oxunub:2410
2019-cu il iyunun 30-da keçirilən imtahanların nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, imtahanların nəticələri saat 15:20-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il iyunun 30-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib.

Azvision.az


Teqlər: DİM   İmtahan   Nəticə  





Xəbər lenti