İnstitut işçi axtarır

  15 İyun 2019    Oxunub : 763
İnstitut işçi axtarır
AMEA Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, müsabiqə aşağıdakı vakant vəzifələri tutmaq üçün elan edilir:

- Dədə Qorqud şöbəsi: aparıcı elmi işçi – 1 yer;

- Mərasim folkloru şöbəsi: aparıcı elmi işçi – 1 yer.

Müsabiqədə uyğun ixtisas üzrə iş təcrübəsi olan elmlər və fəlsəfə doktorları iştirak edə bilər. Sənədlər (direktorun adına ərizə, əmək kitabçasının surəti, diplomların surəti, elmi əsər­lərin siya­hısı, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi, 3x4 ölçüdə 2 şəkil) elan verildiyi tarixdən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir:

Ünvan: Bakı şəh., İçəriçəhər, 8-ci Kiçik Qala döngəsi, 31, Folklor İnstitutu.

Tel.: (+994 12) 492 92 48

Azvision.az

Teqlər: AMEA   İş   Vakansiya