11 913 müəllim iş yerini dəyişmək istəyir

11 913 müəllim iş yerini dəyişmək istəyir
  11 İyun 2019    Oxunub:1768
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6334 namizəd elektron ərizəsini təsdiqləyib, 127 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.

Elektron müraciətini təsdiq etmiş namizədlərin ərizələri araşdırıldıqdan sonra şəxsi səhifələrinə məlumat göndəriləcək.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti