40 mindən çox abituriyent ərizəsini təsdiqləyib

  08 İyun 2019    Oxunub : 655
40 mindən çox abituriyent ərizəsini təsdiqləyib
Yay qəbul imtahanlarına ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, iyunun 8-i saat 17.30-a olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 15538, II ixtisas qrupu üzrə 8299, III ixtisas qrupu üzrə 13081, IV ixtisas qrupu üzrə 3427 nəfər ərizəsini təsdiq edib. Beləliklə, 4 ixtisas qrupu üzrə ümumilikdə 40345 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ərizə qəbulu iyunun 12-dək davam edəcək.

Azvision.az

Teqlər: DİM