DİM: Qeydiyyatdan keçməyənlər imtahana buraxılmayacaq

  08 İyun 2019    Oxunub : 1243
 DİM: Qeydiyyatdan keçməyənlər imtahana buraxılmayacaq
Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, iyunun 8-nə olan məlumata görə, 2-ci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin sayı (Azərbaycan bölməsi üzrə 253, rus bölməsi üzrə 30) 283 nəfərdir.

Namizədlərin 2-ci imtahana qeydiyyatı prosesi iyunun 10-da başa çatacaq. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmayacaq.

Azvision.az

Teqlər: DİM   İmtahan