İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə!

İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə!
  31 May 2019    Oxunub:2608
İyun ayının 3-də müəllimlərin iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu elan ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, elektron sənəd qəbulu iyunun 10-a qədər davam edəcək. Onun sözlərinə görə, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi iyunun ayının 24-də başa çatacaq.

"Müəllimlərin yerdəyişmə müsabiqəsi üçün çıxarılan vakant yerlərin sayı 5000-dən çoxdur.

Vakant yerlərdə ibtidai sinif, kimya , biologiya ingilis dili, musiqi, texnologiya müəllimliyi üstünlük təşkil edir. Müsabiqəyə çıxarılan vakant yerlər respublikanın əksər rayonları əhatə edəcək" .

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti