Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır
Van Yi qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir. Ölkəmizin uğurlarının Çində maraqla izlənildiyini bildirən qonaq əldə olunan bu nailiyyətlər və eyni zamanda, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırdı.
Qonaq Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtımızın gözəlliyinin dərin təəssürat bağışladığını dedi.
AzVision.az
Teqlər: Çin Azərbaycan