Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri
Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq halları ailədə, qadınların təhlükəsiz ailə mühiti ilə təmin olunduğu yerdə baş verəndə daha təhlükəli olur. "Bu mövzu yalnız hüquqi müstəvidə həll olunmalı deyil. Zorakılığın ciddi iqtisadi nəticələri var. Zorakılıq qurbanlarına pulsuz səhiyyə, sığınacaq təşkil olunur, lakin əksər hallarda bu xidmətlərə sərf olunan vəsait haqqında düşünmürük. Bir qətli bir ailənin faciəsi kimi qəbul edirik, lakin hər bir itirilmiş həyatın ümumi daxili məhsul baxımından iqtisadi ekvivalenti, zorakılıqdan zərər çəkmişlərin müvəqqəti olaraq əmək fəaliyyətini itirməsi, əlilliklə nəticələnən zorakılıq halları və bunun əmək məhsuldarlığına təsiri haqqında məsələlər diqqətdən kənara qoyulur. Nəhayət, bu şəxslərin itirilmiş mülkiyyət və gəlirləri, başqa mənzil və ya sığınacaq axtarışında sərf etdiyi vəsait, psixoloji və digər oxşar xidmətlər üçün etdiyi ödəmələr zorakılığın səbəb olduğu iqtisadi fəsadlar sırasındadır".
F.Babayev qeyd edib ki, bu hallar baş verən zaman zərərçəkmişlərin hüquqların sosial müdafiəsinin təmini hər bir normal cəmiyyətdə prioritet məsələdir.
Aytən Zəhra
Azvision.az
Teqlər: Qadın BMT Ailə Zorakılıq