Qadınlar üçün "Qaynar xətt"in yaradılması təklif edilir

Qadınlar üçün "Qaynar xətt"in yaradılması təklif edilir
  23 May 2019    Oxunub:3280
"Qadın zorakılığı təkcə ailənin fəaliyyətini iflic etmir, həm də cəmiyyətin təhlükəsizliyini şübhə altında qoyur".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq məsələri komitəsinin sədri Aqiyyə Naxçıvanlı deyib. O bildirib ki, məişət zorakılığı ilə bağlı qanunvericilik mükəmməl və beynəlxalq hüquq normalarına uyğundur.

"2014-cü ildə Avropa Şurasının qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması, ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası bütün Avropada və ondan kənarda zorakılığın qurbanı olan milyonlarla qadına güclü siqnal göndərir. Bu konvensiya bir baxımdan islahat xarakteri daşıyır. Bir tərəfdən konvensiya qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması və ayrıseçkiliyin bir forması kimi tanıyır. Düşünürəm ki, ölkəmizin də bu konvensiyaya qoşulması mühüm addım olardı".

A.Naxçıvanlı qeyd edib ki, zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var. "Buna vəsaitin ayrılması üçün parlamentdə məsələ qaldırmışam. Hesab edirəm ki, zorakılıq problemlərinin aradan qaldırılması üçün effektiv nəticə verəcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Deputat   Aqiyə-Naxçıvanlı  





Xəbər lenti