600-dək əlil özünüməşğulluq proqramına cəlb edilib

600-dək əlil özünüməşğulluq proqramına cəlb edilib
  23 May 2019    Oxunub:1482
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlər arasında digər həssas qruplarla yanaşı, əlilliyi olan şəxslərə də üstünlük verilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, cari ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs proqram çərçivəsində təlimlərə cəlb edilib. Təlimləri uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslərin, o cümlədən əlilliyi olan insanların seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçiriləcək.



Bu da onların kiçik ailə təsərrüfatlarını qurmalarına imkan verəcək. Hazırda işsiz və işaxataran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam etdirilir. Cari ildə 10 minədək şəxsin proqramda iştirakının təmin edilməsi nəzərdə tutulub.

Azvision.az



Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti